Təlim maliyyə və mühasibatlıq sektorunda fəaliyyətə başlamaq istəyən və fəaliyyət göstərən şəxslər üçün nəzərdə tutulub.
Tarix: 26.02.2022
Təlimin vaxtı: hər şənbə günü saat 10:00-13:00
Kursun müddəti: 32 akademik saat (2 ay)
Təlimin 2 ay üçün qiyməti 350 AZN
- Vergi qanunvericiliyində məsuliyyət məsələləri. Tətbiq edilən maliyyə sanksiyaları. Maliyyə sanksiyaları ilə qarşılaşmamaq üçün diqqət eedilməli məslələlər.
- Vergi yoxlamaları. Vergi yoxlamaları zamanı ortaya çıxan hallar. Sahibkarın və mühasibin məsuliyyəti.
- Fiziki şəxslərin gəlirlərinin bölgüsü, tətbiq edilən vergi dərəcələri.
- Fiziki şəxslərin vergiyə cəlb edilən və edilməyən gəlirlərinin praktiki misallar əsasında izahı.
- Hüquqi şəxslərin vergiyə cəlb edilən gəlirləri (mənfəəti), tətbiq edilən vergi dərəcələri. Hüquqi şəxslərin vergiyə cəlb edilən və edilməyən gəlirlərinin(mənfəətinin) praktiki misallar əsasında izahı.
- Gəlirdən çıxılan və çıxılmayan xərclər. Amortizasiya və təmir xərclərinin gəlirdən çıxılmasının praktiki aspektləri.
- Rezident və qeyri-rezident (hüquqi və fiziki) şəxslərin ödəmə mənbəyində vergiyə cəlb olunan gəlirləri.
- Müəssisələr və fərdi sahibkarlar tərəfindən gəlirlərin və xərclərin uçotunun aparılması qaydası (kassa və hesablama metodlarına əsasən). Cari vergi ödəmələri. Mənfəət vergisi bəyənnaməsinin BTP proqram təminatı vasitəsi ilə tərtib olunması və göndərilməsi.
- Əlavə dəyər vergisinin mahiyyəti. Vergi ödəyiciləri. Qeydiyyat və qeydiyyatın ləğvi. Vergitutma obyekti və vergitutma bazası.Dəqiqləşdirilməli olan dövriyyələrin praktiki misallar əsasında izahı.
- ƏDV-yə (18 və 0 % dərəcəsi ilə) cəlb edilən və ƏDV-dən azad edilən əməliyyatlar. ƏDV-yə cəlb edilən əməliyyatlar aparılarkən vaxtın və yerin müəyyən edilməsi.
- Qeyri-rezidentlər üzrə aparılan ödənişlərin ƏDV-yə cəlb edilməsi. Vergi tutulan əməliyyatlar üzrə büdcəyə hesablanmalı vəəvəzləşdirilməli olan ƏDV.
- ƏDV bəyənnaməsinin BTP proqram təminatı vasitəsi ilə tərtib olunması və göndərilməsi.
- Hüquqi və fiziki şəxslərin əmlak və torpaq vergilərinin hesablanması və ödənilməsi.
- Sadələşdirilmiş verginin ödəyiciləri. Sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyəti üzrə sadələşdirilmiş verginin hesablanması və ödənilməsi.
- Nağdsız hesablaşmaların aparılması zamanı vergitutma məsələləri. “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”nın praktiki izahı.
- İcbari sığorta haqlarının hesablanması qaydası.
- “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”.
Təlimçilər:
Vergi Qanunvericiliyinin tədrisi şöbəsinin dosenti Rəşad Əhmədov.
Vergi Qanunvericiliyinin tədrisi şöbəsinin müəllimi Tural Abbasov.
Təlim haqda daha ətraflı məlumat üçün bizimlə əlaqə saxlaya bilərsiniz:
- (+994 50) 2544969
- (+994 50) 2543313
- (+994 12) 4038872
Təlimdə aşağıda kateqoriyalardan hər hansı birinə aid edilən şəxslər iştirak etdikdə bu güzəştlər nəzərdə tutulub:
- Qarabağ müharibəsi əlilləri, şəhid ailələrinin övladları üçün-20%;
- Tədris Mərkəzi tərəfindən təşkil edilən təlimlərdə 2 və daha artıq iştirak edən şəxslər üçün-10%;
- Tədris Mərkəzi tərəfindən təşkil edilən təlimlərdə 2 və daha artıq qrup şəklində qatılan şəxslər üçün-10%;
- Təlim üzrə müəyyən edilmiş tam məbləği ilk təlim günü tam olaraq ödəyən şəxslər-10%;